scorecardresearch

Baş vermiş qiyamət əlamətləri - 1-ci hissə

30 izlenme
KategoriDin
Eklenme Tarihi 2 yıl önce
DilTürkçe
Açıklama
Günahsız uşaqların öldürülməsi

Muhəmməd ümmətindən GÜNAHSIZ BİR UŞAQ ÖLDÜRÜLDÜKDƏ göydən bir mələk: “Haqq onda (hz.Mehdidə (əs)) və onun yanındakılardadır”, - deyə səslənər. (Sabban İsafur Ragibin, səh.154)

Hədisdə keçən MƏLƏYİN SƏSLƏNMƏSİ ifadəsi məcazi mənadadır. Mələklərin gözə görünməsi imtahanın sirrinə zidd olduğu üçün burada bütün dünyanın bu əlamətin reallaşdığına şahid olması, hər kəsin yaşanan zülmlərdən xəbərdar olması və BU ZÜLMƏ YALNIZ HZ.MEHDİNİN (ƏS) SON VERƏCƏYİNİ bilməsi nəzərdə tutulur.

MƏHƏLLƏLƏRARASI VURUŞMALAR

“Mənim gördüyüm həlak yerlərini siz də görürsünüzmü? Mən EVLƏRİNİZİN ARASINDA FİTNƏ MƏHƏLLƏLƏRİNİ yağış sellərinin əmələ gətirdiyi yarğan kimi görürəm”, - deyə buyurdu. 
(Sahih-i Müslim, 4/2221; Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 368, no. 671)
 

Haramların halal sayılması

Hz.Mehdi (əs) bütün HARAMLARIN HALAL SAYILDIĞI böyük fitnədən sonra çıxacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)

Yoluxucu xəstəliklər

"Ey Malik oğlu Avf! Qiyamətdən əvvəlki altı (əlaməti) sayımmı?" Dedim ki: "Onlar hansılardır ya Rəsulullah?" O da belə buyurdu: "...Aranızda ölümcül xəstəliklər yayılacaq". (Sahih-i Buhari; Beklenen Mehdi, 3-cü nəşr, səh. 147)

İnsanların səbəbsiz öldürülməsi

Əbu Hüreyrə (rə) nəql edir:
Rəsulullah əleyhissalatu vəssalam buyurdu ki: "İnsanlar elə günlər görəcək ki, qatil nə üçün öldürdüyünü, mərhum da niyə öldürüldüyünü bilməyəcək". (Müslim, Fiten: 56, (2908))

TORPAQ SÜRÜŞMƏLƏRİ

(Qiyamət) əlamətlərinin birincisi TORPAQ SÜRÜŞMƏLƏRİDİR. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 518)

EVLƏRİN MƏZARA ÇEVRİLMƏSİ


“İnsanlar ölüb EVLƏRİ MƏZARA ÇEVRİLƏNDƏ necə olarsan?” - deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 392, no. 726)

Hədisin bir mənası bombardman və digər hücumlarla insanların yıxılan evlərin altında ölməsidir.
Digər tərəfdən də hədis 2000-ci illərdə tapılan məzar evlərə işarə edir.