scorecardresearch

Hadisələr və insanlar - İsaak Nyuton

22 views
CategoryReligion
Date Added1 year(s) ago
LanguageTurkish [Türkçe]
Description
İsaak Nyuton ( 1642-1727)
Bütün dövrlərin ən böyük elm adamı olaraq qəbul edilən İsaak Nyuton həm riyaziyyatçı, həm də fizik idi. Nyutonun elmə verdiyi ən böyük töhfələrdən biri, yerin cazibə qüvvəsinin kəşfidir.
Nyuton qüvvə və təcil arasındakı mükəmməl əlaqəni kütlə qavramı ilə əlaqələndirmiş, təsir və əks təsir prinsipini tapmış, qüvvələrin əvəzləyicisi sıfır olarsa, hərəkətli cisimlərin surətinin dəyişməyəcəyi nəzəriyyəsini irəli sürmüşdür.
Nyutonun qanunları artıq 4 yüz ildir ki, ən sadə mühəndis hesablarından ən mürəkkəb texnoloji lahiyələrə qədər tətbiq olunur.
Nyutonun təkcə cazibə mövzusunda deyil, həm də mexanika və optika kimi əsas mövzularda da çox önəmli ixtiraları olmuşdur. İşığın 7 rəngini kəşf edən Nyuton, bununla optika adı verilən yeni bir elmin təməlini qoymuşdur.
Nyuton elmə çığır açan bu ixtiralarla yanaşı, ateizmi rədd edən, yaradılışı müdafiə edən əsərlər yazmış, “yaradılış tək elmi açıqlamadır” düşüncəsini dəstəkləmişdir. 
Nyuton kainatın, öz sözləri ilə desək, "fasiləsiz işləyən nəhəng saatın", ancaq güclü və üstün ağıl sahibi bir Yaradıcının əsəri ola biləcəyi gerçəyinə inanırdı.
Nyutonun dünyanın seyrini dəyişdirən ixtiralarının əsasında onun Allah’a yaxınlaşma istəyi olub. Nyuton Allah’ı daha yaxından tanımaq üçün Onun yaratdığı əsərləri araşdırmağa başlamışdır.

Nyuton “Natural fəlsəfənin riyazi başlanğıcı” adlı əsərində elmi araşdırmalarının səbəbinin Allah’ın üstün yaratma gücünü tanımaq olduğunu bildirmişdir.
Elmlə məşğul olan, yeni kəşflər edən, kaainatın sirlərini açıqlamağa çalışan bir elm adamı əslində Allah’ın yaratma sənətini incələyən, ondakı incəlikləri görən insandır. Məhz bu səbəbdən, dinlə elm ayrılmaz bir bütündür və elm adamları da Allah’ın sonsuz gücünü, sənətini, yaratmasındakı bənzərsizliyi ortaya çıxaran insanlardır. Bu səbəbdən düşünülənin əksinə olaraq, elm adamları Allah’ın yaratdığı yaradılışla ən çox maraqlanan, Allah’ın varlığını, birliyini ən tez fərq edən insanlar arasındadır. Belə ki, yüz illərdir dinin səbəb olduğu ağıl və düşünmə qabiliyyətindən istifadə edərək elmə böyük töhfələr vermiş bir çox elm adamı var.
Nyuton, Kepler, Leonardo da Vinci, Eynşteyn kimi məşhur elm adamları apardıqları araşdırmalar nəticəsində kaainatın Allah tərəfindən yaradıldığı, nizama salındığı və hər şeyin Onun nəzarəti altında olduğu qənaətinə gəlmişlər.
Elmin əsas prinsipləri inanclı insanlar tərəfindən irəli sürülmüş müasir elmin formalaşmasında dinin mühüm rolu olmuşdur.
Allah bir çox ayələrdə yaradılış üzərində düşünə bilməyin, Allah’dan layiqincə qorxub çəkinməyin, O’nun böyüklüyünü, ucalığını qavraya bilməyin yolunun “elm sahibi olmaq” olduğunu belə xəbər vermişdir:


Lakin onlardan elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allah’a və Axirət gününə iman gətirirlər. Biz onlara böyük bir mükafat verəcəyik. (Nisa surəsi, 162)