scorecardresearch

Tövbə surəsi, 42-ci ayənin təfsiri

75 izlenme
Kategori Din
Eklenme Tarihi 2 yıl önce
DilTürkçe
Açıklama
Hörmətli Adnan Oktarın 18 may 2011-ci il tarixli reportajından Tövbə surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah münafiqlər üçün: "Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər"-deyir. Şeytandan Allaha sığınıram; "Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər". Yəni asan olarsa gələr amma asan olmazsa gəlməzlər. Baxarlar ki, mehdiyyət çətindir qaçarlar. Baxarlar İslam Birliyi çətindir qaçırlar, amma xurafatlar adamlara əyləndirici gəlir. Cübbəli də baxır ki, bir qisim insanların xurafata ehtiyacı var, onlara bol-bol xurafat təqdim edir. Çünki İslam Birliyi üçün xidmət etməmək, hz. Mehdi (ə.s)-a xidmət etməmək, hz. İsa (ə.s)-a xidmət etməmək vicdan əzabı verir adamlara. O zaman o vicdan əzabını nə ilə aradan qaldırır? Xurafat ilə aradan qaldırır. Nə edir? "Səhərə qədər bunu edin, günortadan sonra bunu edin, bunları yeyin, bunları yeməyin, buralarda oturun, buralara gedin, bu sözləri deyin" ... Bu şəkildə onlardakı psixoloji boşluğu xurafatlarla doldurmağa çalışırlar. Halbuki, əsas olan Qurana tabe olmaları, sünnəyə tabe olmalarıdır.

ALTUĞ BERKER: Hocam, belə demişdiniz: "Bütün müsəlman aləminin birləşməsi əsasdır (vacibdir). O zaman əsl xoşbəxtlik olar. Yoxsa bir bölgənin, bir yerin müstəqil olması və yaxud azad olması kafi bir mövzu deyil. Bu səbəbdən hamının, İsrailin də rahatlamasını istəyirik, ermənilərin də rahatlığını istəyirik, xristianların da, katoliklərin də, ortodoksların da, protestantların da, hamının əmin-amanlıq içində yaşamasını istəyirik. Amma İslam əxlaqı dünyaya hakim olmalıdır. Bir qabaqcıl (öndər) olmadan bu olmaz. Olsa bu qədər il ərzində olardı. Olmur, xoşbəxtlik olmur. Mütləq başda yaxşı bir insan olmalıdır. Onlar da hz. Mehdi (ə.s) və İsa Məsih (ə.s)-dır"-inşaAllah.

ADNAN OKTAR: Bəli. Şeytandan Allaha sığınıram: "Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər döyüşə getməmək məqsədilə səndən izin istəyirlər (Tövbə surəsi, 45)". Deməli, iman zəifliyi olarsa insan icazə istəyər. İnsan nə edər? "Mənə 570 il icazə ver. İslam Birliyini müdafiə etməyim, Türk-İslam Birliyini müdafiə etməyim, hz. Mehdi (ə.s)-a tələbə olmayım, hz. İsa (ə.s)-a tələbə olmayım" –deyər. Nə qədər istəyər? 570 il.  Olmazsa daha çox, 700 ilə qaldırar. Ayədə nə deyir Allah: "Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər döyüşə getməmək məqsədilə səndən izin istəyirlər". Vaxt istəyirlər, daha çox vaxt və qaçmaq istəyirlər. Fəaliyyət göstərmək istəmirlər. Allah bu dəhşətli vəziyyətə diqqət çəkir.