scorecardresearch

Təvəkkül insanı bəsit davranışlardan uzaqlaşdırır

6 izlenme
KategoriDin
Eklenme Tarihi 2 yıl önce
DilTürkçe
Açıklama
Allah Quranın bir neçə ayəsində qullarına təvəkküllü olmağı əmr etmiş və hadisələr qarşısında göstərilən təvəkkülsüzlüyün axirətləri üçün böyük təhlükə ola bilcəyini xatırlatmışdır. Bu barədə Quranın bir ayəsində belə xəbər verilir.


İnsanlardan eləsi də vardır ki, Allah’a şübhə ilə ibadət edir.Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar.Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar.O adam dünyanı da itirər, axirəti də.Gerçək zərər də elə budur. (Həcc surəsi, 10)

Bəzi insanlar mühit və şərtlər istədikləri kimi olduqda və ya nemət bolluğu içində olarkən Quran əxlaqını yaşayır, bütün ibadətlərini şövqlə yerinə yetirirlər.Ancaq Allah’dan bir imtahan olaraq şərtlər dəyişdikdə, bu insanların davranışları da dəyişməyə başlayır. Əvvəlki şövqlərinin yerini ağırlıq və durğunluq alır.Rəbbimiz bir ayəsində bildirdiyi kimi, bu insanlar azğın bir düşüncə içindədirlər.


İnsana gəlincə,Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: ‘Rəbbim mənə ehtiram göstərdi!’ --deyər.Amma onu sınamaq üçün ruzisini azaldanda: ‘Rəbbim məni alçaltdı!’- deyər.(Fəcr surəsi, 15-16)


Şərtlər yaxşı olarkən gözəl əxlaq göstərib, şərtlər dəyişdiyində isə nankor və yanlış əxlaq göstərmək hər kəsin çəkinməli olduğu davranışdır.Müsəlmanlar hər hadisə qarşısında Allah’a təvəkkül edərlər.Səbrli, təmkinli, ağıllı, dəyanətli, bağışlayan, şəfqətli, sevgi dolu, gözəl əxlaqlı olmanın dərin zövqünü yaşayarlar.Bir mömin bu gözəl xüsusiyyətləri özündə gördüyündə böyük zövq alar, başqa möminlərin özündən aldığı imani zövqü hiss etdiyində isə daha dərin zövq alar.